2014-CÜ İL DÖVLƏT BÜDCƏSİNƏ DAİR MİLLİ BÜDCƏ QRUPUNUN RƏYİ

Dekabrın 11-də Milli Büdcə Qrupu 2014-cü il dövlət  büdcəsinə dair rəyini ictimaiyyətə təqdim etdi.

Tədbiri giriş sözü ilə açan Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Kənan Aslanlı qeyd etdi ki, 2014-cü ilin büdcəsinin Azərbaycan üçün yeni dövrün başlanğıcı olacaq. Çünki son 10 ildə ilk dəfə neft gəlirlərinin azalması ilə bağlı olaraq büdcə gəlirlərinin də azalması proqnozlaşdırılır. Bunun müqabilində isə, qeyri-neft sektorundan büdcəyə daxil olan gəlirlərin artacağı gözlənilir.  Kənan Aslanlı 2014-cü ilin büdcəsi ilə bağlı Milli Büdcə Qrupunun geniş rəyini təqdim etmək üçün sözü MBQ-un eksperti Rövşən Ağayevə verdi.

Rövşən Ağayev 2014-cü ilin büdcəsinin gəlirlərindən, əsas xərcləmələrdən danışdı. “Hökümətin növbəti il üçün büdcə siyasətinin gəlirlər üzrə əsas hədəfləri qeyri-neft gəlirlərinin  ümumi daxili məhsulda (ÜDM) və büdcə gəlirlərində xüsusi çəkisini artırmaq olub. Qeyri-neft gəlirlərinin ÜMD-də  payının  atırılması məqsədilə  2014-cü il üzrə dövlət büdcəsinin  qeyri-neft gəlirlərinin  artımı proqnozlaşdırılılır. 2014-cü il üzrə dövlət büdcəsinin gəlirlərinin ən böyük hissəsi  təxminən 50 faizlə Dövlət Neft Fondunun,  ikinci yerdə isə 38,6 faizlə Vergilər Nazirliyinin payına düşür. Növbəti ildə enerji daşıyıcılarının qiymətlərinin artırılması, ARDNŞ-in akzis vergisinin tutulması hesabına büdcəyə 700 milyon manat daxil olacaq. Xərcləmlərə gəldikdə isə bu il xərclər 1.1 faiz artacaq. Bu son illərlə müqayisədə aşağı göstəricidir. Dövlət büdcəsi xərclərinin ümumi həcmində yenə də investisiya vəsaitləri üstün paya malik olacaq. İnvestisiya vəsaitlərinin məcmu büdcə xərclərində payı son 5 ildə ən aşağı həddə (31,3%) proqnozlaşdırılır.”

Onun sözlərinə görə, bu il büdcə gəlirlərinin azalmasına baxmayaraq hökümət xərcləmələrdə  ixtisar etmədi  və büdcədə investisiyaların payını azaltmaqla sosial yükünü artırmağa üstünlük verdi. Rövşən Ağayev çıxışının sonunda MBQ-un 2014-cü ilin büdcəsi ilə bağlı tapıntıları haqqında danışdı. “Büdcə şəffaflğının artırılması istiqamətndə bəzi addımlar atılıb. Belə ki, əhalinin büdcə sahəsində məlumatlılığının yüksəldilməsi məqsədilə  “2014-cü ilin icmal və dövlət büdcələri üzrə Vətəndaşın Büdcə Bələdçisi” nəşri hazırlanaraq Maliyyə Nazirliyinin saytında yerləşdirilib. İkinci addım odu ki, hökumət ilk dəfə olaraq indiyədək “qapalı” hesab olunan müdafiə və hüquq-mühafizə xərclərin strukturu barədə Parlamentə məlumatlar təqdim edib.”

Gələn il son illərin ən yüksək (1.7 milyard manat) büdcə kəsiri gözlənilir. Bu məbləğin təxminən yarısı xarici borclar hesabına ödəniləcək. Təqdimatının sonunda Rövşən Ağayev 2014-cü ilin büdcə xərcləmələrində müşahidə olunan boşluqlardan danışarkən  bildirdi ki, gələn ilin büdcəsindən təsnifatdan kənar xərclər artırılıb. Bunu isə şəffaflığın pozulması kimi qiymətləndirmək olar. Bundan başqa, xərclərin müxtəlif istiqamətlərdə kəskin artırılması və ya azaldılmasını Maliyyə Nazirliyi ciddi əsaslandırmalıdır. Təəssüf ki, parlamentdə bu ilki büdcə dinləmələri çox qısa sürdü və əsaslandırmalar olmadı.

Daha sonra təqdimat ətrafında müzakirələr oldu. Müzakirələr zamanı “Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq Şəbəkəsi”nin koordinatoru Əlməmməd Nuriyev təklif etdi ki, bu ilin oktyabr ayında Milli Məclisə təqdim edilən büdcə layihəsi ilə bağlı da rəy bildirilsin.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl isə büdcə məcəlləsinin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, hələ 5 il əvvəl parlamentdə büdcə məcəlləsi il bağlı fikirlər səsləndirilsə də hələ də büdcə məcəlləsi qəbul edilməyib. 

ReAl Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli isə öz növbəsində büdcə xərclərinin müəyyən olunması prosesin olan siyasi təsirdən danışdı. Bildirdi ki, xəcləmələrin bölgüsündə hazırkı hakimiyytin siyasi maraqlar O, təklif etdi ki, növbəti illərdə MBQ alternativ büdcə layihəsi hazırlasın. MBQ-un idarə heyətinin üzvü Azər Mehtiyev isə cavabında bildirdi ki, alternativ büdcə layihəsi təcrübəsi bəzi ölklərdə olsa da bu işi iqtisadçılardan daha çox siyasi partiyalar edir.