MÜLKİYYƏT HÜQUQLARI İLƏ BAĞLI GƏNC HÜQUQŞUNASLARA TƏLİM KEÇİRİLİB
8-9 fevral 2014-cü il tarixində Azad İqtisadiyyata Yardım İctimai Birliyi Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və Demokratiya naminə Milli Töhfə Fondunun dəstəyi ilə ‘’Maddə 29. Mülkiyyət hüquqları’’ lahiyəsi çərcivəsində “Gənc hüquqşunaslar üçün mülkiyyət hüquqları” üzrə 2 günlük təlim keçirilmişdir. Təlimdə 4 modul üzrə mövzular tədris olunub və hər modul üzrə təlim yarım gün davam edib:
1. Daşınmaz əmlak və torpaq üzərində mülkiyyət hüquqlarının anlayışı, hüquqi çərçivələr və prinsipləri;
2. Yerli məhkəmələrdə mülkiyyət hüquqlarının müdafiəsi imkanları: "dövlət ehtiyacları" və “məcburi köçürülmə” hallarında mülkiyyət hüquqlarının məhkəmə müdafiəsinin aparılması.
3. Mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq hüquqi müdafiə mexanizmləri: AİHM və BMT mexanizmləri: inkişaf və şəhərsalma kontekstində mülkiyyət hüquqlarının AİHM presedent hüququna uyğun nəzərdən keçirilməsi.
4. Mülkiyyət hüquqlarının müdafiəsi sahəsində (köçürülmə, məcburi yerdəyişmə kimi kontekstlərdə) yerli və beynəlxalq vəkillik imkanları: yerli və beynəlxalq kampaniyaların təşkili, yaxşı beynəlxalq təcrübə və nümunələr.
Birinci modul üzrə təlimi hüquq üzrə PhD, BDU-nun Mülki Hüquq kafedrasının dossenti Azad Talıbov keçib. Azad Talıbov xarici ölkələrin qanunvericiliyində mülkiyyət hüququ anlayışı ilə yerli qanunvericilik arasında mövcud fərqlər , ölkəmizdə daşınmaz əmlak və torpaq üzərində mülkiyyət hüququnun yaranma mexanizmi, dovlət qeydiyyatının keçmə mərhələləri, özəlləşdirmə ilə əlaqədar qanunlar, əmlak hüquqlarının müdafiə vasitələri mövzularında qarşılıqlı müzakirə aparıb iştirakçıların qeyd edilən movzu ilə baglı suallarıni cavablandırdı. Bu bölmənin sonunda qanunvericilikdə əldən çıxmış faydanın hesablanması, eləcə də mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olan boşluqlar, qanunvericiliklə praktika arasında olan ziddiyyətlər və mövcud çıxış yolları iştirakçılarla müzakirə olundu, suallar aydınlaşdırıldı.
İkinci modul üzrə təlim vəkil, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Şəfa Camalzadə tərəfindən keçirildi. Şəfa xanım yerli məhkəmələrdə mülkiyyət hüquqlarının müdafiə imkanları, məhkəmələrdə vəziyyət, mülkiyyətin məcburi alınma halları, torpaqların dövlət ehtiyacları üçün alınma qaydalarına toxunaraq müzakirəni davam etdirdi. Bundan əlavə, iştirakçılara Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyənləşdirdiyi özündə qanunda nəzərdə tutulma, demokratik cəmiyyətdə zərurət və proporsionallıq prinsiplərini ehtiva edən qanunilik testini izah edildi. İştirakçıları qruplara bölərək onlara təqdim olunan məhkəmə işi nümunələrini AİHM-nin qanunilik testi əsasında həll etmək tapşırıldı. Sonda qrup işləri müzakirə olundu.
Üçün modul üzrə təlim keçən Hüquq Maarifçılər Cəmiyyətinin sədri, hüquqsunas İntiqam Əliyev mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq müdafiə mexanizmlərdən söhbət açaraq praktiki işlər əsasında müzakirə apardı. Mülkiyyət hüquqlarının AİHM presedent hüququna uyğun nəzərdən keçirildi. Sual-cavab şəklində aparılan təlim ərəfəsində baş vermiş mülkiyyət hüquq pozuntusu ilə əlaqədar AİHM-ə şikayət ərizəsinin hazırlanması qaydaları öyrədildi.
Hüquq-Müdafiə və Maarifləndirmə Cəmiyyətinin eksperti, hüquqşunas Rəsul Cəfərov isə dördüncü modulla təlimi tamamladı. Rəsul Cəforov ictimai vəkilliyin anlayışı, onun əsas elementləri, ugurlu vəkillik kampaniyalarından nümunələr gətirərək mülkiyyət hüquqlarının müdafiəsi sahəsində yerli və beynəlxalq vəkillik imkanları barədə materiallar təqdim etdi. Sonra istirakçılar iki qrupa bölünərək yerli və beynəlxalq səviyyədə vəkillik planı hazırladılar. Hazırlanmış icra planları müzakirə olundu, hər bir qrupa hazırladıqları plan üzrə lazımi tövsiyələr verildi. İki günlük təlim sonda AİYİB hüquqşunası Emin Abbasov tərəfindən təlim prosesi barədə müzakirələrin aparılması və iştirakçıların qiymətləndirilməsi ilə yekunlaşdırıldı.
Qeyd edək ki, təlimin birinci günü 24 nəfər, ikinci gün isə 21 nəfər hüquqşunas iştirak edib. İştirakçılar arasında həmçinin dövlət qurumları, dövlət şirkətləri və dövlət layihələrinin gənc hüquqşunasları da iştirak ediblər. İştirakçılar əvvəlcədən elan vasitəsilə seçilib.
Daha 2 təlimin Cənub və Qərb regionlarda keçirilməsi planlaşdırılır.