“MÜLKİYYƏT HÜQUQLARI İLƏ BAĞLI PROBLEMLƏRİ NECƏ ARAŞDIRMALI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

Aprelin 26-da Azad  İqtisadiyyata Yardım İctimai Birliyi Avropa İttifaqı tərəfindən dətəklənən   “Maddə 29. Mülkiyyət hüquqları” layhiəsi çərçivəsində  “Mülkiyyət hüquqları ilə bağlı broblemləri necə araşdırmalı” mövzusunda jurnalislər üçün seminar keçirib. Seminarda 20 nəfər jurnalist iştrak edib.

Tedbirin açılışında AİYİB-in sədri Zöhrab İsmayıl lahiyə çərçivəsində gördkləri işlərdən danışıb və mülkiyyət hüquqları ilə bağlı nəşr etdikləri hesabaltarı təqdim edib. Daha sonra, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Layihə Meneceri Məryəm Hacı-İsmayılova seminar iştirakçılarını salamlayıb.

Seminarın 1-ci hissəsində, Azərbaycan Vəkillər Kollegiyasının üzvü  Şəfa Camalzadə “Dövlət ehtiyacı üçün torpaqların alınması və şəhər planlaşdırılması prosesində mülkiyyət hüquqları və hüquqi aspektlər” başlıqlı təqdimat etdi. Burada o, mülkiyyət hüququ anlayışına müxtəlif yanaşmalar, mülkiyyətə müdaxiləyə qadağalar, dövlət ehtiyacları və icimai ehtiyaclar, Bakı şəhərinin Baş Planının mülkiyyət hüquqlarına təsiri, Azərbaycan qanunvericiıiyində və Avropa İnsan Hüquqları Konvensiyasında Mülkiyyət Hüquqları məsələlərinə toxundu. Daha Sonra İştrakçılarla Sual-cavab müzakirələr oldu oldu.

Çay-kofe fasilərinədn sonra, Seminarın 2-ci hissəsində Şəfa Camalzadə Söküntülər, məhkəmə prosesləri və özbaşına tikililərlə əlaqəli problemlər işiqlandırılarkən nəzərə alınmalı məsələlərdən danışdı. Burada Mülkiyyətin məcburi alınması zamanı kompensasiyanın şərtləri, öbaşına tikililər və mülkiyyət hüququ və s. məsələlər müzakirə olundu.

Nahar fasiləsindən sonra, iştrakçılara  praktiki məsələlər təqdim olundu.  Emin Abbasov AİYİB-in hüquqşünası fasilitator kimi çıxış etdi. Jurnalislər 2 qrupa bölünərək verilən tapşırıqları müzakirə etilər. Tapşırığa görə, iştrakçılar onlara təqdim olunan mülkiyyət hüququ pozuntusu məsələsində araşdırma apararkən hansı məsələlərə diqqət yetirəcəklərini müəyyən etməli idilər.  Sonda qruplar təqdimat etilər. Müzakirələrdən sonra tədbir yekunlaşdı.