TANAP-DA TÜRKİYƏNİN PAYININ ARTIRILMASI GÖZLƏNİLİR

Türkiyə TANAP qaz kəməti layihəsində payını 10% artıraraq 30%-ə çatdırmaq istəyir. Bu haqda media təmsilçilərinə Azərbaycan Dövlət Neft Şirkətinin Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı məsələlər bu həftə Türkiyə tərəfi ilə bir daha müzakirə olunacaq. Müzakirə Türkiyənin enerji və təbii ehtiyatlar naziri səviyyəsində keçiriləcək.

Abdullayev daha sonra bildirib ki, aprelin sonuna kimi TANAP layihəsi üzrə son investisiya qərarının verilməsi üzrə hazırlıqlar başa çatmalıdır.

TANAP üzrə işlərə gəlincə, ARDNŞ prezidenti bildirib ki, əgər biz btün işləri şatdıra bilsək, onda tikinti işlərinə bu ilin sonunda başlaya bilərik və 2015-ci ildə boru kəmərinin çəkilməsi üzrə işlər artıq aktiv fazaya daxil olacaq.

O ki, qaldı TANAP-da pay bölgüsü məsələsinə, dəyişikliklərdən sonra layihədə ARDNŞ-nin 58%, BOTAS-ın 30%, BP-nin isə 12% payı olacaq.