AZƏRBAYCAN 47 ÖLKƏYƏ BAŞÇILIQ EDƏCƏK ÖLKƏ KİMİ İNSAN HÜQUQLARI ÜZRƏ “NÜMUNƏVİ OLMALIDIR”
Nazirlər Komitəsinə sədrlik edərkən, üzv ölkələr dəyərlər üzərində olan öhdəliklərini fəaliyətə çevirməli və insan hüquqarı və demokratiyanı dəstəkləməlidirlər. Bu çox böyük məsuliyyətdir: müvəffəqiyyətli liderlər öz ölkəsində ən həssas məsələ hesab olunan hüquq məsələlərini aşkar və konstruktiv şəkildə tənzimləyərək, hər şeydən əvvəl öz nümunəviliyini göstərməlidir.” Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Anne Brasseur bunu Bakıda, AŞPA-nın Daimi Komitəsində çıxışında bildirib.
“Azərbaycanın sədrliyi ən çətin, həlledici zamanlardan birinə düşüb, həm Avropa Şurası həm də onun üzv ölklələri üçün ” deyərək, o sədrlik prioritetlərinin icra olunması üçün AŞPA-nın dəstəyini təklif edərək davam etdi: “ bunlardan bir çoxu - korrupsiya, idman yarışması nəticələrinin manipulyasıya olunmasl da daxil olmaqla, mədəniyyət fərqi, ayrıseçkilik və dözümsüzlük, mədəniyyətlər arası dialoq və dini fərqlər, həmçinin qonşu dövlətlərlə siyası dialoq – Asambleyanın prezidenti kimi mənim prioritetlərimin siyahısına düşür ”
AŞPA prezidenti Dağlıq Qarabağ münaqişəsinə istinad edərək, Azərbaycanın ərazi bütovlüyünün dəstəkləməsində açıq, prinsipial mövqeyinin olmasını bir daha xatırlatdı (2005-ci il 1416 nömrəli qətnamə) və vuğuladı ki, Avropa Şurasına çıxışı olan ölkələr kimi Azərbaycan və Ermənistan konflikti aradan qaldırmaq üçün yalnız dinc yollardan istifadə etməlidirlər. “Asambleya öz səlahiyyətində olan bütün vasitələrlə bu prosesi dəstəkləmək üçün hazır vəziyyətdə dayanıb”
Prezident təəssüflə bildirdi ki, Avropa Şurası İnsan Hüquqları üzrə Müvəkkilinın 2013 avqust ayındakı tövisyyələrini yerinə yetirməkdə Azərbaycan kifayət qədər səy göstərmir, xüsusilə də məhkəmələrin müstəqilliyi və tərəfsizliyi, siyasi pluralizm və korrupsiyaya qarşı mübarizədə bu özünü göstərir. Bəzi sahələrdə, məsələn: ifadə azadlığı, birlik və toplaşma azadlığında vəziyyət daha da pisləşməyə doğru gedir.
O, hakimiyyət nümayədələrini bu məsələlərə daha konstruktiv yanaşmağa və onların həllində Avropa Şurasının Əməkdaşlıq Fəaliyyət Planı çərçivəsində fəaliyyət göstərməyə dəvət edir.
Növbəti 2 ildə Asambleyanın komitə görüşlərinin Azərbaycanda keçrilməməsi barədə AŞPA Bürosunun dünənki qərarına gəldikdə isə, Anne Brasseur bildirdi ki “perspektivsiz fəaliyyətdir, ama biz öz qaydalarımıza əməl etməliyik”. O vurğulayıb ki, “ qərardan asılı olmayaraq, nöbəti aylarda biz Azərbaycan rəsmiləri ilə yaxın və konstruktiv əməkdaşlığımızı davam etdirəcəyik”.
Son olaraq, AŞPA –nın prezidenti qeyd edib ki, “ Avropa Şurasının Bakıdakı Siyasi Biliklər Məktəbinin direktoru, İlqar Məmmədovla bağlı qəbul olunmuş Avropa İnsan Hüquqları Məhkəməsinin dünənki məhkəmə qərarında qeyd olunub ki, onun həbsi və məhkəmə təxirə salınana qədər üzadılan saxlanması Konvensianın qaydalarının pozulması deməkdir, və bu da onun azad olunmasına şərait yaradacaq”.