İCTİMAİ ƏMƏKDAŞLIQ PLATFORMASININ BAĞLI NÖVBƏTİ DİALOQ GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Milli Büdcə Qrupunun Oksfam Beynəlxalq Humanitar Təşkilatı ilə birgə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sənin pulun, sənin gələcəyin: Azərbaycanda dövlət maliyyə siyasəti və idarəetməsinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində qurulan İctimai Əməkdaşlıq Platformasının (PPP) büdcə şəffaflığı və hesabatlılığı ilə bağlı növbəti Dialoq Görüşü təşkil ediləcək.

Görüşdə Bakıdan və regionlardan QHT təmsilçiləri, media nümayəndələri, ekspertlər və millət vəkillərinin iştirakı ilə xarici ölkələrin büdcə şəffaflığı təcrübəsi, açıq büdcə indeksi, açıq hökumət konsepsiyası və dövlət proqramlarının regionlarda icrası məsələləri müzakirə ediləcək.
Tədbir 2014-cü il aprelin 30-da saat 10:00-dan 13:00-dək Bosfor hotelində (Əhməd Rəcəbli küçəsi 25c, Bakı şəhəri) keçiriləcək.