İLİN ƏVVƏLİNDƏN AZƏRBAYCANDA NEFT HASİLATI 200 MİN TON AZALIB
2014-cü ilin yanvar-aprelində Azərbaycanda 14,1 mln ton neft və kondensat istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə maye karbohidrogen hasilatı 200 min ton (1,5 mln barrel) və ya 1,4% azalıb.
Qeyd edək ki, hökumət bu il 40 mln 974,3 min ton neft və qaz kondensatı hasilatı proqnozlaşdırır. 2013-cü ilin yekunu üçün ölkədə hasilat 43 mln 83,3 min ton olub. Nəzərdə tutulan iki mln ton azalma “Azəri-Çıraq-Günəşli” yatağında iki hasilat platformasında təmirlə bağlıdır. Təmir işləri ilin ikinci yarısına təsadüf edəcək və 3-4 həftə davam edəcək.