QARA DƏNİZ REGİONUNDA AZAD TİCARƏTƏ NƏ MANE OLUR?

Avropa Birliyinin şərq qonşuları böyük iqtisadipotensiala malik olsalar da mal və xidmətlərin, kapitalın və insanların sərbəsthərəkətinə mane olan baryerlərin aradan qaldırmağa hələ də nail ola bilməyiblərvə bu sahədə islahatlar zəif gedir. Bu fikirlər 30 may 2013-cü il tarixindəBakı şəhərində Azad İqtisadiyyata Yardım İctimai Birliyi (AİYİB) və AlmanıyanınFridrix Nauman Fondunun təşkilatçılığı ilə “Qara dəniz regionunda sərhədlərin xərcləri”mövzusunda keçirilmiş beynəlxalq konfransda səsləndirilib.

4 paneldənibarət beynəlxalq konfransa 70 nəfərdən artıq dövlət qurumlarınınnümayəndələri, Milli Məclisin deputatları, Ukrayna, Gürcüstan, Rumıniya vəABŞ-dan ekspertlər, beynəlxalq təşkilatların və maliyyə qurumlarının,diplomatik missiyaların təmsilçiləri, yerli araşdırma mərkəzlərinin,universitetlərin tədqiqatçıları və ekspertlər runiversitetlərin Almaniya, ABŞvə Rumıniyadan diplomatik missiya təmsilçiləri, Vətəndaş Cəmiyyətininnümayəndələri qatılıblar. Konfrans həmçinin Bambuser vasitəsilə internetdəcanlı yayılıb.

Konfransın açılışında qonaqları salamlayan AİYİBİdarə Heyətinin sədri Zöhrab İsmayıl konfransın eyni adlı layihə çərçivəsindəkeçirildiyini bildirdi. O qeyd etdi ki, Qeyd edək ki, AİYİB-in  və tərəfdaşları Ukrayna İqtisadi Araşdırmalarvə Siyasi Məsləhət Mərkəzi və Gürsüstan Strateji və Beynəlxalq TədqiqatlarFondunun həyata keçirdiyi “Qara dəniz regionunda sərhədlərin xərcləri” layihəsini ABŞ-ın German Marşal Fondunun Regional Əməkdaşlıq naminə Qara dəniz Etimad Proqramı və Atlas İqtisadi Araşdırmalar Fondu və AlmaniyanınFridrix Namuman Fondunun dəstəkləyir.

Konfransın açılışında Fridrix Nauman Fondunun CənubiQafqaz layih’sinin direktoru Yasemin Pamuk bildirib ki, bu müzakirələrin təşkilindəməqsəd Azərbaycan, Gürcüstan və Ukrayna araşdırma mərkəzlərinin birgə aparıdqlarıtədqiqat barədə ictimayyəti məlumatlandırmaq, Qara dəniz regionunda malların,xidmətlərin, kapitalın və insanların azad hərəkətinə mane olan səbəbləri, azadbazar və liberal iqtisadiyyat ideyalarını cəmiyətə yaymaqdır.

Birinci paneldəçıxış edən Milli Məclisin deputatı, İqtisadi və Sosil İnnovasiyalar İnstitununrəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əli Məsimli bildirdi ki, Azərbaycandaaparılan sosioloji sorğuların əksəriyyəti göstərir ki, cəmiyyətimiz Avropayainteqrasiyaya maraqlıdır. “Avropaya inteqrasiya eyni zamanda Azərbaycanıniqtisadi əlaqələrində və ticarət dövriyyəsində də özünü göstərir”, - deyə millətvəkili əlavə edib.  O bildirib ki, “hazırdaregionun ən iri layihələrinin reallaşmasına Azərbaycan, Türkiyə və Gürcüstan böyükrolu var. Azərbaycan hazırda Gürcüstan və Türkiyəyəyə, o  cümlədən o biri Qara dəniz ölkələrinə böyükinvestisiya yatırır. Azərbaycanın Gürcüstanda 300, Gürcüstanın isə  burada 150 biznes strukturu fəaliyyət göstərir.Türkiyənin Azərbaycana qoyduğu kapital 6,5 milyard dollar hesablanır. Azərbaycanınisə Türkiyəyə qoyduğu kapital 4 milyar dollar civarındadır. Türkiyədəreallaşacaq olan bütün layihələr ümumilkdə 15 milyard dollaradək artacaq. Avropa İttifaqı Azərbaycanda demokratiyanındərinləşməsi və insan haqlarının qorunmasına önəm verir və bildirir  ki, yalnız bu mühitdə iqtisadi islahatlarcəmiyyətin hərtərəfli inkişafına kömək edə bilər.Hesab edirəm ki, indi Azərbaycanın gələcək iqtisadi inkişafı insankapitalından, resurslardan, həmçinin iqtisadi interasiya imkanlarında səmərəliistifadə etməkdən asılı olacaq”.

Atlas İqtisadi Araşdırmalar Fondunun vitse-prezidenti,siyasi elmlər üzrə fəlsəfə doktoru Tom Palmer bildirdi ki, inteqrasiyaiqtisadi, sosial, hüquqi və siyasi xarakter daşıya bilər. Ölkələr bunlardanbiriniə və daha çoxuna malik ola bilərlər, başqa inteqrasiya formalarına malikolmaya bilərlər. İnteqrasiya ilk növbədə xalqlara fayda gətirməlidir. “Bu günAvropaya inteqrasiya prosesində ortada çoxlu sənədlər var və bürokratiyafaktiki olaraq inteqrasiya prosesinə maneəçilik törədir”, - deyə T.Palmer əlavəedib.

Rumıniya Avropa Siyasəti Mərkəzinin aparıcı tədqiqatçısı,siyasi elmlər üzrə fəlsəfə doktoru Stanislav Sekrieru Avropa Birliyinin Şərq Tərəfdaşlığıproqramı üzrə ölkələrin hazırlığından, danışıqların gedişindən danışdı. Obildirdi ki, imzalanması nəzərdə tutulan Dərin və Genişlənmiş Azad TicarətSazişi (DCFTA) Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadiyyatlarınınde-monolizasiyasına və diversifikasiyasına imkanlar açacaq. “Ukrayna, Moldova,Gürcüstan və Ermənistan sazişin imzalanmasına çox yaxın olsalar da, təəssüf ki,Azərbaycan hələ tələb olunan addımları atmayıb”, - deyə o əlavə edib.

İkinci panelində Gürcüstan Strateji və BeynəlxalqAraşdırmalar Fondunda Avropa Birliyi Araşdırmaları Mərkəzinin direktoru KaxaQoqolaşvili, Ukrayna İqtisadi Tədqiqatlar və Siyasət Konsaltinqi İnstitutununaparıcı tədqiqatçısı Kostiantin Kravçuk vəAİYİB-in aparıcı tədqiqatçısı, Qafqaz Universitetinin mühaziəçisi IlahaSamadova Qara dəniz Regionunda azad ticarət, miqrasiya və investisiyaların sərbəsthərəkəti üzrə ölkələrin təcrübələrini təqdim ediblər. Onlar çıxışlarındaGürcüstan, Ukrayna və Azərbaycan üzrə xarici ticarət dövriyyəsi, birbaşa xariciinvestisiyaları və miqrasiya üzrə təhlil məlumatlarını, prosedurları,islahatlar və regiondan malların, xidmətlərin, kapitalın və əmək resurslarınınsərbəst hərəkətinə mane olan faktorlardan danəşıblar.

Üçüncü paneldə Tbilisi Azad Universitetinin dossenti,  Tbilisi Siyasət Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, Dərin və Hərtərəfli AzadTicarət Sazişi üzrə Gürcüstan-Avropa Birliyi keçmiş baş danışmanı, iqtisadiyyatüzrə fəlsəfə doktoru Tamara Kovziridze, Ukrayna İqtisadi Tədqiqatlar və SiyasətKonsaltinqi İnstitutunun akademik direktoru Veronika Movçan və USAID-in Azərbaycan Rəqabətlilik və TicarətLayihəsində Ticarət qrupu rəhbəri Elxan Mikayılov Dünya TicarətTəşkilatına üzvlük, Avropa Birliyi Şərq Tərəfdaşlığı üzrə Dərin və HərtərəfliAzad Ticarət Sazişi və Viza Fasilitasiya Proqramı kimi beynəlxalq təşəbbüslərinislahatların sürətlənməsində və regional iqtisadi inteqrasiya üçün yaratdığıimkanlardan danışıblar. Bu prosesdə Azərbaycanın geridə qaldığını vurğulayanElxan Mikayılov ölkəmizin DTT-yə üzvlük məsələsində siyasi iradəninyetərsizliyi özünü açıq göstərir. O bildirib ki, əslində Azərbaycanın bir ilərzində bütün prosedurları və tələb olunan islahatları tamamlamaq imkanı var.

Konfransın sonuncu panelindəməruzəçilər Kaxa Qoqolaşvili, Kostiantin Kravçuk və İlahə Səmədova Azərbaycan,Gürcüstan və Ukraynanın Doing Business, İqtisadi Azadlıq, Dünya Rəqabətlilik,Bertelsmann Transformasiya və sair indekslər əsasında iqtisadi islahatlarsahəsində nailiyyətlərinin müqayisəli təhlilini təqdim ediblər.

Konfransın davamı olaraq növbəti mərhələdə,aparılan tədqiqatlarlın nəticəsi ilə bağlı nəşr nəzərdə tutulur. Həmin  nəşr 5 məsələniəhatə edəcək. Bunlar: (1) xarici ticarət dövriyyəsinintəhlili,  islahatlar və azad ticarətin genişlənməsinə mane olan amillər; (2) birbaşa xarici investisiyalarıntəhlili, investisiya mühiti və sərbəst kapital axınına mövcud maneələr; (3) vizarejimi və prosedurlar, miqrasiya haqqında məlumatların təhlili və insanresurslarının sərbəst hərəkətini məhtudlaşdıran maneələr; (4) Azərbaycan,Gürcüstan və Ukraynanın iqtisadi islahatlar sahəsində nailiyyətlərinin müqayisəlitəhlili; (Doing Business, İqtisadi Azadlıq, Dünya Rəqabətlilik, BertelsmannTransformasiya və sair indekslər əsasında) və (5) Dünya Ticarət Təşkilatınaüzvlük, Avropa Birliyi Şərq Tərəfdaşlığı üzrə Dərin, Hərtərəfli Azad Ticarət Sazişi, Viza Fasilitasiya Proqramı kimi beynəlxalq təşəbbüslərin islahatlarınsürətlənməsində və regional iqtisadi inteqrasiya üçün yaratdığı imkanlar olacaq.