AZƏRBAYCAN BİZNES MÜHİTİNƏ GÖRƏ 82 ÖLKƏ ARASINDA 73-CÜ YERDƏDİR

Dünyada iş görməyə ən yaxçı ölkə hansıdır?  Economist Intelligence Unit təşkilatı  82 ölkə üzrə “Biznes Mühiti Reytinqi”  adlı yeni hesabatını hazırlayıb.  

Hesabata görə, dünyada iş görməyə ən əlverişli ölkə Sinqapurdur. Azərbaycan isə 82 ölkə arasında 73-cü yeri tutub.
 
İş görməyə yaradılan şəraitə görə Sinqapur 8,56 bal alıbsa, Azərbaycan 4,66 balla qiymətləndirilib.  

Başqa sözlə, Azərbaycanda biznesə şərait dünya lideri olan Sinqapurdakından təxminən 2 dəfə pisdir.
 
Hesabatda aldığı qiymətə görə,  Azərbaycanda biznesə yaradılan şərait  Pakistan, Nigeriya və ya Əlcəzairdəki kimidir.